“Transneft” dünən Dağıstanda baş verən zəlzələdən sonra Bakı-Novosibirsk neft kəmərinin fəaliyyətini dayandırıb.
Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı şirkətin rəsmi nümayəndəsi İqor Demin məlumat verib.
O bildirib ki, hazırda neft kəmərində tədqiqat işlərinə başlanıb: “Tədqiqat işləri uğurla başa çatsa, neftin verilməsi günün ikinci yarısından davam etdiriləcək”.
Demin əlavə edib ki, bütün limanlarda hava şəraiti əlverişlidir və tankerlərin hərəkət qrafikində gecikmə yoxdur.