21 Noyabr 2017 02:04
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madaqasqarı yenidən “qara ölüm” adlanan taun xəstəliyi bürüyüb. Budəfəki virus ötəndəfəkindən fərqli olaraq, təhlükəlidir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, həkimlər bu virusun Avropa və Amerikaya doğru daha tez yayılanacasğını və yüz minlərlə insanın ölümünə səbəb olacağını bildiriblər.

Bəzi alimlər Avropada 14-cü əsrdə baş verən və 50 milyon insanı əhatə edən faciənin təkrarlanacağından ehtiyat edirlər.

Məlumatlara görə, virus artıq Madaqaskar sərhədlərindən kənarda da bir neçə insanda aşkar edilib.

Onun hansı yolla yenidən yayılmağa başlandığı məlum deyil.

Bioloq Stiv Kueylin fikrincə, bu, xüsusi qüvvələrin əməlidir: “Həmin qüvvələr bununla Yer kürəsindəki insanların 90 faizini məhv etməyə çalışır”.


Müəllif: Samir

Oxşar xəbərlər