22 Noyabr 2017 23:21
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi Tehranda keçirilən toplantıda Səudiyyə Ərəbistanı hakimiyyətinin mümkün süqutundan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səfəvi Amerika araşdırma mərkəzlərinin hesablamalarında Səudiyyə Ərəbistanında hakim sülalənin sonunun yaxınlaşması ilə bağlı məlumatların dərc edildiyini bildirib:

“ABŞ-ın bir neçə il əvvəl yaydığı “Dünya 2030-cu ilə qədər” adlı bir araşdırmanın nəticələrinə əsasən, 2030-cu ilə kimi Orta Şərqdə “Ali-Səud” deyilən bir rejim artıq mövcud olmayacaq, bu sülalədən əsər-əlamət qalmayacaq. Yayılan hesabatda Səudiyyə Ərəbistanının həmin vaxta qədər parçalanma ehtimalından da söhbət gedib.

Əlbəttə, biz müsəlmanlar Hicazın ərazi bütövlüyünün qorunub saxlanılmasının, Məkkə və Mədinənin müdafiə olunmasının zəruriliyi barədə eyni fikirdəyik. Lakin öz müstəbid əməlləri ilə, eləcə də öz zülm və təcavüzləri ilə Səudiyyə hökmranlarını məhvə doğru sürükləyənlər amerikalılarla sionistlərdir”.


Müəllif: Samir

Oxşar xəbərlər