Səudiyyə Ərəbistanı şahzadəsi İrana qarşı ağılsız və ucuz açıqlamalarla çıxış edir. Şahzadə Məhəmməd ibn Salmanın sözlərinin beynəlxalq ictimaiyyətin gözündə “etibarı yoxdur”, dünyada ciddiyə alınmır.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
Sözçü bildirib ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi regionda pis diktatorların yolu ilə getdiyinə görə onların aqibətini hesaba almalıdır:
“Məhəmməd ibn Salmanın Livanın daxili işlərinə qarışması skandalı son həlqə olub və Ər-Riyadın müttəfiqlərini belə narahat edib”.
Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd Salman “Nyu York Tayms” qəzetinə verdiyi açıqlamada İranın dini liderini Orta Şərqin yeni Hitleri adlandırıb.