Bu sabah və yaxud daha tez Suriyanın Afrin şəhərinə girə bilərik.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli jurnalistin sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhərində PKK-nın Suriya qanadı olan “Demokratik İttifaq” (PYD) partiyasına qarşı əməliyyatın keçirilməsini istisna etməyib.