ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana YPG-yə silah yardımının dayandırılması ilə bağlı verdiyi vədindən 3 gün sonra Suriyanın şimalına doğru hərəkət edən yeni TIR-lar görüntülənib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüntülərdəki 100 TIR-ın ABŞ Mərkəzi Qüvvələr Komandanlığına məxsus olduğu bildirilib.
İddialara görə, silah dolu TIR-lar YPG döyüşçüləri olan bölgəyə gedib.
Pentaqonun sözçüsü Erik Pahon yayılan məlumatı təsdiqləyib: “Kürd tərəfdaşlarımıza İŞİD terror təşkilatını məğlub etmək üçün yardımı davam etdirəcəyik. Əsas odur ki, İŞİD geri dönməsin”.