28 Noyabr 2017 12:58
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu haqqında polisin apardığı korrupsiya və rüşvət araşdırmasını dayandıracaq qanun layihəsi ilk səsvermədə qəbul edilib.

Teleqraf.com xəbər verir ki, haqqında açılan korrupsiya araşdırmasından baş naziri qoruyacaq qanun layihəsinin ortaya çıxması İsraildə ciddi müzakirə edilir.

Məlum olub ki, ciddi müzakirələrə səbəb olan qanun layihəsi İsrail parlamentinə təqdim edilib və ilk səsvermədən keçib. 37 nəfər qanunun əleyhinə, 46 deputat isə lehinə səs verib.

Qeyd edilir ki, qanun İsrail polisinə mühüm şəxslərlə bağlı apardığı araşdırmaları və faktları prokurorluğa təqdim etmək haqqı tanıyır. Eyni zamanda bu faktların və araşdırmaların nəticələrinin açıqlanması qadağan edilir.

İsrail parlamentinin proseduruna görə, qanun layihəsi üç dəfə səsverməyə çıxarılmalı və səs çoxluğu ilə qəbul edilməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər