2 Dekabr 2017 18:15
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Xarici İşlər naziri Boris Conson ölkəsinin Avropa Birliyindən tam ayrıldıqdan sonra da Türkiyə ilə dostluğu davam etdirəcəyini, iki ölkənin böyük layihələr həyata keçirəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, İngiltərənin baş diplomatı iki ölkə arasında ortaq layihə olan TFX-dən məmnun olduğunu dilə gətirib:

“İki ölkə üçün əhəmiyyətli olan layihələrə köklənməyimizdən məmnunam. İmkanlarımızı birləşdirdiyimiz TFX kimi önəmli projelərimiz var”.

Dəyəri 7 milyard dollar olan və Türkiyə TFX adı verilən layihəyə əsasən, hərbi döyüş təyyarələri istehsalı prosesində İngiltərə Hava Qüvvələrinə aid “Eurofighter Typhoon” təyyarələri də moderinizə ediləcək.

Babasının Osmanlı soyundan gəldiyini açıq bəyan etməklə Türkiyədə ciddi səs-küy yaratmış Boris Conson daha sonra Ankara razılaşması haqqında danışıb: “İngiltərənin enerjili, istedadlı və parlaq insanları özünə çəkməsindən hər zaman məmnunam. Mən axşam yeməklərini yediyim türk testoranı “Süfrə”nin sahibi Hüseyn Özəri buna misal göstərə bilərəm.

Hüseyn Özər Londonda çox işlər görüb. Mən London bələdiyyəsinin rəhbəri olanda onunla bir sıra layihələr həyata keçirmişəm. İngiltərənin qapısı hər zaman bura gələn istedadlı türklərin üzərinə açıqdır. Bunu deməkdən qürur duyuram və Breksitdən sonra da bu şəkildə davam edəcəyik”.


Müəllif: Cavad