Fələstində fəaliyyət göstərən HƏMAS təşkilatı xalqa müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, HƏMAS fələstinliləri tələbləri yerinə yetirilənə qədər etiraz aksiyalarını davam etdirməyə çağırıb:
“Hər kəs birləşməlidir. Fələstin xalqının haqlarının tapdalanmasına icazə verməyəcəyik. Bütün Ərəb və İslam dünyasənı Fələstinə dəstək verməyə çağırırıq”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da axşam saatlarında Ağ Evdə televiziya vasitəsilə etdiyi çıxışında Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Tramp ölkəsinin Tel-Əvivdəki səfirliyini tezlikcə Qüdsə köçürücəyinə söz verib.