11 Dekabr 2017 14:24
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:09

Rusiya Prezidenti Vladimir Putin Suriyadakı Xmeymim aviabazasına gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Putini bazada suriyalı həmkarı Bəşər Əsəd qarşılayıb.

Rusiya Müdafiə Naziri Sergey Şoyqu bazada Putinə Suriyadakı son vəziyyəti məruzə edib.

Putin oradan Misirə uçacaq.

***

Rusiya Prezidenti Vladimir Putin Xmeymim aviabazasına səfəri zamanı suriyalı həmkarı Bəşər Əsədlə təkbətək görüş keçirib.

Görüşdən sonra Putin rus ordusuna Suriyadan geri çəkilməklə bağlı əmr verib. O bildirib ki, Rusiya və Suriya ordusu iki il ərzində aparılan birgə əməliyyatlar nəticəsində uğur qazanaraq, İŞİD terror təşkilatını tamamilə məhv edib.


Müəllif: Samir