İsrail Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı Tel-Əvivə dəvət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrail Kəşfiyyat naziri Yisrael Katz məlumat verib.
Katz Ərəb dünyasının lideri olan Səudiyyəni İsrail-Fələstin sülh prosesində vasitəçi kimi görməkdən məmnunluq duyacağını bildirib.
Qeyd edək ki, Səudiyyə bu gün İstanbulda keçirilən İslam Əməkdaşlıq Sammitinin fövqəladə iclasında iştirak etməkdən boyun qaçırıb. Toplantıda ABŞ Prezidenti Donald Trampın Qüds qərarı müzakirə edilib.