Qırğızıstanda şagirdlərə qısa yubkada, deşilmiş cins şalvarda, üzərində şəkillər olan köynəkdə məktəbə gəlmək qadağan oluna bilər.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi məlumata görə, belə bir qanunvericilik təşəbbüsü ilə "Respublika - Ata yurd" fraksiyası çıxış edib.
Qanun layihəsində şagirdlərə həmçinin makiyaj və uzun dırnaqlar, məktəbə smartfon telefonla gətirmək də yasaqlanır. Məktəblilər yalnız sadə, internetə çıxışı olmayan telefonlardan istifadə edə bilərlər.
Qeyd edək ki, Qırğızıstanda vahid məktəbli formasına keçidə cəhd ilk dəfə 2015-ci ildə olub.