Rusiya Müdafiə Nazirliyi (MN) ABŞ-ın Hasekdə İŞİD və Nüsra Cəbhəsinə mənsub 750 nəfərdən ibarət terrorçuya təlim keçdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, Rusiya MN bununla ABŞ-ın Suriyada yeni ordu qurduğuna diqqəti cəlb edib.
Nazirliyin yerli mənbələrdən aldığı informasiyala görə, son 6 ayda İŞİD və Nüsra Cəbhəsinin üzvü olan çoxlu terrorçu təlim düşərgəsinə gətirilib.
ABŞ-ın təlim keçdiyi terrorçular əsasən Rakka, Deyr-əz-Zor, Əbu Kamal və Fərat çayının şərqində döyüşmüş insanlardır.
“ABŞ İŞİD-i yox etmək mövzusunda qərarlı olduğunu açıqlamasına rəğmən, koalisiya Suriyadakı terrorçularla əməkdaşlığı davam etdirir. ABŞ-ın xüsusi əməliyyat qüvvələrindən ibarət mütəxəssisləri Hasek yaxınlığında terrorçulara təlim keçir və “Yeni Suriya ordusu” adlı silahlı qüvvə qurulur.
Evlərinə qayıdan mühacirlərin dediyinə görə, ABŞ mütəxəssislərinin hərbi təlimlərindən sonra qurulacaq silahlı qrup Suriyanın hökumət qüvvələri ilə müharibə etmək məqsədilə ölkənin cənubuna göndəriləcək”, - deyə, Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır.