16 Dekabr 2017 14:20
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Binəli Yıldırım Banqladeşin baş naziri Şeyx Hasinanın dəvəti ilə Dakkaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Binəli Yıldırım dekabrın 19-20-də Dakkada Banqladeş dövlət rəhbərləri ilə müzakirələr aparacaq.

İki ölkə arasında münasibətlər müzakirə ediləcək, Myanma böhranı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Baş nazir Yıldırım Dakka müzakirələrindən sonra Myanmadan qaçmış müsəlmanlarının məskunlaşdığı düşərgəyə baş çəkəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər