17 Dekabr 2017 15:17
1 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp PYD terrorçularına silah göndərməyəcəyi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi vədə xilaf çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Afrindəki PYD silahlıların son 20 gündə 3-cü dəfə hərbi yardım göndərib.

Bununla bağlı Pentaqon məlumat yayıb. Bu dəfə PYD-yə göndərilən silahlar arasında "TOW" tipli antiraket sistemləri üstünlük təşkil edib.

Məlumatlara görə, Türkiyənin həyata keçirdiyi Fərat Qalxanı Hərəkatı zamanı PYD silahlılar türk ordusuna qarşı bu sistemlərdən mütəmmadi şəkildə istifadə edib.


Müəllif: Samir

Oxşar xəbərlər