19 Dekabr 2017 08:28
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində bu gün Rusiyadan Ankaraya xüsusi heyət gələcək.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, heyətdə prokuror, hərbi ataşe, Fövqəladə Hallar Nazirliyi və məhkəmə orqanlarının nümayəndələri təmsil olunurlar. Rusiya nümayəndə heyəti əvvəlcə Daxili İşlər Nazirliyində görüş keçirləcək. Daha sonra Ankara Respublika Prokurorluğu və Təhlükəsizlik Müdirliyində istintaqla bağlı müzakirələr aparılacaq.

Xatırladaq ki, Andrey Karlov ötən il dekabrın 19-da Ankarada qatıldığı sərgi salonunda sui-qəsd nəticəsində öldürülüb. Aparılan istintaq tədbirləri nəticəsində 3-ü polis olmaqla 5 nəfər həbs edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər