19 Dekabr 2017 22:12
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Çeqolko Feysbukda Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin bu ilin dekabrın 16-da Pyotr Poroşenkoya ünvanladığı məktubu dərc edib.

Teleqraf.com xəbər verir ki, bu barədə unian.net-də məlumat verilib.

Məktubda Saakaşvili siyasi səhvlərə yol verdiyini etiraf edib və bildirib ki, ölkədə sabitliyin pozulmayacağına əmindir.

Mətbuat katibi bildirib ki, M.Saakaşvili məktubdan bir gün sonra tərəfdarları ilə birlikdə Kiyevdəki Oktyabr sarayını zəbt edib. Oradakı toqquşmalar zamanı güc strukturlarının 60 nəfər əməkdaşı xəsarət alıb.


Müəllif: Teleqraf.com