Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.
Teleqraf.com xəbər verir ki, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” və “Binə” ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.
Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.