20 Dekabr 2017 22:09
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin müdafiə naziri Sıdkı Sübhi və daxili işlər naziri Maqdi Abdel Qafar Ariş şəhər aeroportunda İŞİD terrorçuları tərəfindən hücuma məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular hökumət üzvlərini müşayiət edən "Apache AH-64" helikopterini tank əlehinə raket kompleksi olan "Kornet"lə atəşə tutublar.

Misirin Müdafiə Nazirliyinin məlumatına görə, hücum nəticəsində helikopterdə olan 2 hərbçi həyatını itirib. Hadisədən dərhal sonra ərazidə başlayan xüsusi əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Atışma nəticəsində Misir ordusu daha bir zabitini itirib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər