21 Dekabr 2017 18:43
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Serbiya Prezidenti Aleksandr Vuçiçi ilə birlikdə Rusiyadakı zavodlardan birinə baş çəkib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı Roqozin serb prezidenti rusiyalı alimlərin yeni ixtiraları ilə tanış edib.

İxtiralardan birinin yoxlanılması zamanı itdən istifadə edilib. Bu isə bəzi insanlar tərəfindən narazılıqla qarşılanıb. Onlar eksperiment zamanı itə işgəncə verildiyini iddia ediblər.

Kremlin sözçüsü Dmitri Peskov isə hamını sakit olmağa çağırıb: “İt sağdır, heç bir işgəncə olmayıb. Bu, sadəcə eksperimentdir”.


Müəllif: Samir

Oxşar xəbərlər