ABŞ BMT Baş Assambleyasında Qüdslə bağlı layihənin əleyhinə səs verən və səsvermədə iştirak etməyən ölkələrin nümayəndələrinə məktub göndərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, uzun illərdir ən yaxın müttəfiq saydığı ölkələrin belə bu məsələdə Trampı tək qoyması Ağ Evi təşvişə salıb.
Səsvermədən sonra qalan 3-5 ölkəni də itirmək istəməyən ABŞ yeni addım atıb.
Məktub göndərilən ölkələrin nümayəndələri üçün ABŞ-da xüsusi gecə təşkil ediləcək. Gecə yanvarın 3-də keçiriləcək.
Qeyd edək ki, BMT səsverməsində 128 ölkə ABŞ-ın mövqeyinə qarşı çıxıb. Yalnız 9 ölkə Vaşinqtonu dəstəkləyib. 35 ölkə tərəfsiz qalıb. 21 ölkə isə səsverməyə qatılmayıb. ABŞ-ın xeyrinə səs verən ölkələr İsrail, Quatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Topo və Palau olub.