ABŞ-ın Missisipi ştatının Viksberq şəhərində Milad bayramının qeyd olunduğu restoranlardan birinə silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, WJTV 12 Nyus telekanalı atışma nəticəsində 5 nəfərin yaralandığı barədə məlumat yayıb. İlkin informasiyaya görə, zərərçəkənlərin hamısı yerli xəstəxanaya çatdırılıb, yaralılardan heç birinin həyatı təhlükədə deyil.
Polis 21 yaşlı Denzel Uotts adlı silahlı şəxsi artıq saxlayıb.