Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Çada səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən Çadın paytaxtı Enceminedə hazırlıq işləri davam edir.
Yerli rəsmilər Ərdoğanın keçəcəyi və ziyarət edəcəyi yerlərə Türkiyə bayraqları asıblar. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Ərdoğanın Çadda böyük təmtəraqla qarşılanacağı bildirilib.