Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım kral Salman ibn Əbdüləzizlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu, ABŞ-ın Qüds qərarından sonra iki ölkə arasından ilk yüksək səviyyəli görüş olub. Görüşün təfərrüatları açıqlanmır.
Yıldırımın vəliəhd şahzadə Məhəmməd ibn Salman ilə də bir araya gələcəyi deyilir.