30 Dekabr 2017 01:48
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Misirin Qahirədə Mər-Minə kilsəsinə edilən hücumla bağlı məsuliyyəti üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, cümə günü səhər saatlarında silahlı şəxs kilsənin xarici hüdudlarını aşmaq istəyib. Polis əməkdaşları hücum edənə atəş açıb və onu yaralayıb.

Axtarış zamanı onun üzərindən "Kalaşnikov" avtomatı və 150 mərmilik 5 ədəd daraq tapılıb. Naməlum şəxs xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Hücumdan əvvəl silahlı şəxs kilsənin yaxınlığında yerləşən və avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan dükana atəş açıb. O, mağazanın sahibini qətlə yetirəndən sonra kilsəni mühafizə edən polislərə və ora gələn ziyarətçilərə də atəş açıb. Nəticədə 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bildirilir ki, silahlılar 3 nəfər olub. Onlardan ikisi hadisə yerindən qaça biliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər