30 Dekabr 2017 22:38
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Kutaisi şəhərindən Yunanıstanın Kavala şəhərinə uçan "Wizz Air" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.

Teleqraf.com-un trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Kutaisi Beynəlxalq Hava Limanı xəbər yayıb.

Hadisə təyyarənin Kavalaya yaxınlaşdığı zaman baş verib. Ekipajı təyyarəni Sofiyada endirməyə məcbur olub.

Sərnişinlərin Sofiyadan Kavalaya daşınmasının təmin olunacağını bildirən Kutaisi aeroportu təyyarənin Gürcüstana qayıdacağını və Kutaisiyə 20:00-da çatacağını qeyd edib.


Müəllif: Teleqraf.com