1 Yanvar 2018 11:56
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xalqının dinc və təhlükəsiz şəraitdə özünüifadə haqqını dəstəkləyirik.

Teleqraf.com xəbər verir ki, bu fikirlər ABŞ Administrasiyasının İranda baş verən sosial xarakterli aksiyalarla bağlı növbəti bəyanatında yer alıb.

Qeyd edək ki, Ağ Evin mətbuat xidməti adından İrandakı aksiyalarla bağlı yazılı açıqlama yayılıb.

Açıqlamada bildirilir ki, Amerika İran xalqının dinc özünüifadə haqqını dəstəkləyir: “Onların səsi eşidilməyə haqq edir. Bütün maraqlı tərəfləri dinc şəraitdə özünüifadə haqqını qorumağa və qarşıdurmalardan qaçmağa çağırırıq”.

Xatırladaq ki, ABŞ İranda baş verən aksiyalara xüsusi maraqla yanaşır. ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında bir neçə dəfə bu aksiyalar haqda fikirlər işlədib. Dövlət Departamenti də mövqeyini açıqlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər