2 Yanvar 2018 00:13
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada bir qrup içkili şəxs polis patruluna hücum edib.

Teleqraf.com xəbər verir ki, hadisə Parisin Şampinyi-sür-Marn şəhərində baş verib. Hücumda əlli nəfərə yaxın insan iştirak edib.

Hücum edənlər polis avtomobilini çevirərək onun içərisində olan polisləri maşından çıxarıb və onlara ağır xəsərətlər yetirib.

Fransa prezidenti Emanuel Makron Tvitter hesabında hadisəni pisləyib və hücumun təşkilatçılarının mütləq cəzalandırılacağını deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər