ABŞ Prezidenti Donald Tramp Tviterdə müzakirəyə səbəb olacaq növbəti açıqlamasını yerləşdirib.
Teleqraf.com xəbər verir ki, Tramp aşağıdakıları qeyd edib:
“Şimali Koreya lideri Kim Çen İn nüvə silahı düyməsinin hər zaman masası üzərində olduğunu söyləyib. Ona, tükənmiş və aclıq çəkən rejimindən biri mənim də nüvə silahımın olduğunu söyləsin. Ancaq bu, onunkundan daha çox böyük və güclü bir düymədir, özü də xarab deyil”.
D.Tramp başda Pakistan olmaqla çoxlu sayda ölkəyə boş-boşuna milyardlarla dollar ödənildiyini də bildirib:
“Boşuna milyardlarla dollar verdiyimiz ölkə təkcə Pakistan deyil, xeyli başqa ölkə var. Məsələn, fələstinlilərə yüz milyonlarla dollar veririk, təqdir, ya da sayğı görmürük”.