5 Yanvar 2018 01:27
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TF1 telekanalına müsahibəsində ölkəsinin rəsmi Parislə yaxşı münasibətlərinin olduğunu diqqətə çatdırıb.

"15 il Türkiyənin baş naziri və prezidenti oldum. Bu müddət ərzində Fransanın üç prezidentlilə tanış olmaq imkanlarım oldu. Jak Şirak, Nikola Sarkozi və cənab Emmanuel Makron. Makronla görüşmək üçün Fransaya gəldim. Bu, mənim 2018-ci ildəki ilk xarici səfərimdir. Makronla bir çox məsələdə eyni fikirdəyik. Hər ikimiz Bəşər Əsədin Suriyanın gələcəyində yerinin olmadığı qənatəindəyim. Söhbət 1 milyona yaxın vətəndaşını öldürən bir dktatordan gedin. Biz Suriya və İraqda terrorçulara qarşı mübarizə aparmaq üçün Fransaya hava məkanı verdik. Terrorçulara qoşulmaq istəyən Fransa vətəndaşlarını saxlayıb ölkələrinə təhvil verdik. Suriya məsələsində Fransa ilə əməkdaşlığınız uğurludur", deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti onu da bildirib ki, başda ABŞ olmaqla bəzi dövlətlər Suriya və İraqda terrorçulara dəstək verirlər: "ABŞ Suriyada PKK terror təşkilatına 3 minə yaxın silah dolu TIR göndərib. ABŞ-ın bayrağı PKK-nın bayrağı ilə yan-yana dalğalanır. Bunu Trampın özünə də dedib. Təəssüf ki, hələ heç bir nəticə yoxdur".


Müəllif: Ayxan

Oxşar xəbərlər