Rusiya Müdafiə Nazirliyi Baltik dənizində neytral zonada baş verən insidentlə bağlı məlumat yayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30 qırıcılarının başqa dövlətlərin hava sərhədlərini pozmadığı bildirilib:
“Rus qırıcılarının marşrutu əvvəlcədən müvafiq beynəlxalq orqanlarla razılaşdırılıb və heç bir ölkənin sərhədləri pozulmayıb. Bundan başqa, hadisə zamanı NATO-ya məxsus F-15 qırıcılarının Rusiya təyyarələrinə təhlükə törətməsi səbəbindən F-30-lar uçuş istiqamətini dəyişib”.
Qeyd edək ki, Pentaqon Baltik dənizi üzərində Rusiyaya məxsus qırıcıların ələ keçməsi ilə bağlı görüntülər yayıb. Rusiyaya məxsus 2 ədəd Su-30 qırıcısı lazım olan kodları təqdim etməyib və buna görə ABŞ F-15-ləri havaya qalxıb. Bundan sonra S-30-lar amerikalıların müşayiəti ilə hava məkanını tərk edib.