Amerikalı jurnalist Maykl Vulf ABŞ Prezidenti Donald Trampla bağlı yazdığı kitabında daha bir maraqlı məsələyə toxunub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Alov və qəzəb: Tramp Ağ Evin dəhlizində” kitabında ABŞ-ın növbəti prezidentinin kimliyi açıqlanıb.
Vulf iddia edir ki, Trampı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli əvəz edəcək:
“Heyli özünü ABŞ-dakı növbəti prezident seçkilərinə hazırlayır. O, namizədliyini irəli sürəcək. Heylini Trampın komandasından olan bir çox şəxslər dəstəkləyir. Onlar Heylini ağıllı diplomat hesab edirlər”.