ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo İrandakı etiraz aksiyaları ilə əlaqəsi olduğu iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, o, bununla bağlı “Foks Nyus” telekanalına danışıb.
Pompeo bildirib ki, etirazlarla heç bir əlaqəsi yoxdur:
“İran xalqı ölkənin iqtisadi durumunun pisləşməsi ilə əlaqədar küçələrə çıxıb. Etirazları İran xalqı başlayıb və davam etdirir”.