15 gündür İranda hökumət əleyhinə keçirilən aksiyalar zamanı saxlanılanların sayı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran parlamentinin adının açıqlanmasını istəməyən millət vəkili məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə 3700 nəfər saxlanılıb.
Qeyd edək ki, aksiyalar zamanı baş verən toqquşmalarda 30-dan çox insan ölüb.