Dünyaca məşhur amerikalı reper Keyn Uest xərçəngdən əziyyət çəkən və son günlərini yaşayan fanatının istəyini yerinə yetirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, pərəstişkarı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb.
Məlumatlara görə, qızın istəyini valideynləri reperə çatdırıblar. Reper isə fanatının arzusunu yerinə yetirib.
Ünsiyyət zamanı Keyn qızın xoşladığı “Mən Keyni sevirəm” mahnısını ifa edib.
Hadisədən bir neçə saat sonra həmin qız dünyasını dəyişib.