İncirlik hərbi hava bazası ilə bağlı ortaya atılan iddialar Ankaranı hərəkətə gətirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məsələ ilə bağlı Ankara Baş Prokurorluğu araşdırmalara başlayıb.
Qeyd edək ki, Türkiyə mediasında dünən 1980-1990-cı illərdə İncirlik bölgəsində bəzi azyaşlıların amerikalı əsgərlər tərəfindən satın alınması ilə bağlı məlumatlar yayılıb.