Şimali Amerikada hökm sürən anormal hava şəraiti Vaşinqton rəhbərliyini narahat etməyə başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir çox şəhərlərdə buz və qarın qalınlığı 1 metri ötüb.
Məlumatlara görə, Atlantik okeanın sahilboyu hissələri donub. Ümumilikdə, donvurmadan 30-dan çox insan ölüb.
Bir çox amerikalı bu hava şəraitinin Rusiyanın işi olduğunu bildiriblər. Onların fikrincə, bununla Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan qisas alır.
Rusiya mediası isə ABŞ-ın Alyaska ştatında yerləşən və iqlim dəyişikliyini idarə edən silahının olduğuna diqqət çəkib.
Buradan belə bir sual çıxır: Nəyə görə ABŞ Rusiyaya cavab zərbəsi endirmir? Axı, hazırda Rusiyada hava olduqca mülayimdir. ABŞ isə bu cür imkanı heç vaxt əlindən qaçırmazdı.
Sualların cavabı isə çox sadədir. Bu o deməkdir ki, dünyanın heç bir ölkəsi iqlim dəyişikliyini idarə etmək qabiliyyətində deyil. Belə bir silah da yoxdur. Hazırda amerikalı, rusiyalı və çinli alimlər bunun üzərində işləsələr də, heç bir nəticə əldə edə bilməyiblər.