ABŞ Türkiyəyə səyahət etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.
Xəbərdarlıqda Türkiyəyə səyahət edəcək şəxslərin yenidən düşünməsinin vacibliyi vurğulanır.
Türkiyənin ən təhlükəli bölgələri kimi Hatay, Kilis, Qaziantep, Şanlıurfa, Şırnak, Diyarbakır, Van, Sirt, Muş, Mardin, Batman, Bingöl, Tuncəli, Hakkari və Bitlis göstərilib.
Bundan başqa, xəbərdarlıq siyahısına Rusiya, Sudan, Venesuela, Pakistan, Yəmən, Somali və Malinin də adı daxil edilib.