13 Yanvar 2018 22:41
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Suriyanın şimalına səfər edib.

Teleqraf.com xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Suriyanın şimalına, PKK-nın işğal etdiyi ərazilərə də baş çəkib.

Həmçinin PKK terror təşkilatının liderlərindən olan Aldar Xəlil, Qəndildən gələn Fevze Yusif, Bedran Ciya Kürdlə də görüş keçirilib.

Görüş zamanı terror təşkilatının üzvləri amerikalı nümayəndələrdən Suriyada federal dövlətin qurulmasını tələb ediblər.

Heyət daha sonra PKK-nın digər bölgə liderlərindən Şahin Cilo kod adlı Fərhad Abdi Şahinlə birgə iclasa qatılıb.

Qeyd edək ki, Qəndil ordusunun ən tanınmış üzvlərindən olan Cilo PKK adından uzun illərdir silahlı basqınlar təşkil edir. Amerika rəsmiləri bölgədəki böyük əməliyyatları Cilo vasitəsilə həyata keçirir.


Müəllif: Cabbar

Oxşar xəbərlər