Rusiya prezidenti Vladimir Putin seçki qərargahına rəhbər təyin edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu vəzifə Putinin daxili siyasət üzrə müavini Adrey Yarinə tapşırılıb. Məlumatlara görə, aparata 11 nəfər daxil edilib.
Bundan başqa, Rusiya prezidentinin rəsmi saytında seçicilərin suallarına cavab vermək üçün telefon nömrəsi də yerləşdirilib:
"Seçicilər 8-800-301-21-85 zəng etməklə onları maraqlandıran bütün suallara aydınlıq gətirə bilərlər. Zənglər pulsuzdur".