Çində korrupsiyaya qarşı mübarizə aparan polis şübhəli şəxsin evinin divarlarının arasında 60 milyon Yuan (10 milyon dollar) aşkar edib.
"Şuanq Fei" adlı gübrə şirkətindəki korrupsiyanın izinə düşən polis kompaniyanın 4 təmsilçisilə bağlı araşdırma aparıb. Təmsilçilərdən birinin evindən divarların arasında gizlədilmiş 10 milyon dollar pul aşkarlanıb. Şirkətin hər 4 təmsilçisi həbs edilib.