16 Yanvar 2018 13:46
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Van-Aladağlar bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Bursada ələ keçib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Bursanın nəzarət postunda xidmət edən polislər yaxınlaşan avtomobilə “dur” işarəsi veriblər.

Sürücü hadisə yerindən qaçmağa başlayıb. Ancaq qısa müddət sonra saxlanılıb.

Polis sürücünün şəxsiyyət vəsiqəsindən şübhələndiyi üçün Terrorla Mübarizə Şöbəsinə məlumat verib. Araşdırma zamanı bəlli olub ki, şübhəli şəxs PKK terror təşkilatının Van-Aladağlar bölgəsi üzrə əsas nümayəndəsi “Şefkan” kod adlı Rəşad Qarabalıqdır.

PKK-ya 2000-ci illərdən qoşulan Qarabalıq bundan əvvəl PKK-nın Ağrı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olub.


Müəllif: Cavad

Oxşar xəbərlər