ABŞ Prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-dəki inauqurasiya mərasimindən bu günə kimi 5,6 min bəyanat verib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Vaşinqton Post” nəşri məlumat yayıb.
Məlumatlara görə, bəyanatlardan 2 mini yalan olub:
“Tramp ən çox yalan bəyanatları səhiyyə və sosial yardım qanunları haqqında danışarkən deyib. Bu iki məsələdə səsləndirdiyi bəzi yalanları 61 dəfə təkrarlayıb”.