PKK terror təşkilatının Suriya qolu sayılan PYD silahlıları nəzarət altında saxladığı Afrin bölgəsindən Türkiyə ilə sərhəddəki Azez rayonunu top atəşinə tutub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı əsas hədəflər Azezdəki psixiatrik və doğum xəstəxanası olub.
Hadisə nəticəsində 4-ü ağır olmaqla 12 nəfər yaralanıb. Psixiatrik xəstəxana isə tamamilə dağılıb.
Türkiyənin Afrin əməliyyatlarını başlayacağını elan etməsindən sonra PYD silahlıları diqqəti yayındırmaq üçün tez-tez bu cür hücumlar həyata keçirir.