19 Yanvar 2018 21:11
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muğla vilayətində kürəkən ölən qayınatasına haqqını halal etməyib.

Teleqraf.com xəbər verir ki, 87 yaşlı Ramazan Güvənin vida mərasimində imam iştirakçılardan mərhum üçün halallıq istəyib.

Amma mərhumun 60 yaşlı kürəkəni Muhlis Kocasarı imamdan söz istəyərək qayınatası tərəfindən haqsızlığa məruz qaldığını, bu üzdən ona halallıq vermədiyini deyib.

"Qayınatamdan torpaq aldım, pulunu dərhal verdim. Amma sənədləri bu gün-sabah deyib gecikdirdi və ölənə qədər vermədi. Bu üzdən ona halallıq vermirəm", deyə Muhlis Kocasarı bildirib.

Kürəkənin hərəkəti mərhumun digər yaxınları tərəfindən narazılıqla qarşılanıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər