21 Yanvar 2018 17:09
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyada ölkənin gələcək adına dair ümumxalaq səsverməsi – referendum keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Makedoniyanın baş naziri Zoran Zayev bildirib.

Referendumda ölkə əhalisinə 5 variant təklif olunacaq: Yeni Makedoniya Respublikası, Şimali Makedoniya Respublikası, Yuxarı Makedoniya Respublikası, Makedoniya Vardar Respublikası və Makedoniya Respublikası (Skopye).

Baş nazir bununla Yunanıstanla 1991-ci ildən bəri davam edən mübahisəyə son qoymaq istədiklərini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər