Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonuna Suriyanın Afrin bölgəsindən 3 raket atılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "NTV" telekanalının canlı yayımında çıxış edən bələdiyyə sədri Hüseyin Şanverdi bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində bir suriyalı həlak olub, 2-si ağır olmaqla 32 nəfər yaralanıb.