22 Yanvar 2018 21:36
2 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Afrin bölgəsinə sığınan PKK terrorçularına üç gün ərzində sarsılmaz zərbələr endirən Türkiyə silahlı qüvvələrinin hərbi gücü dünya mediasının diqqət mərkəzindədir.

Teleqraf.com xəbər verir ki, qısa müddət ərzində böyük uğurlar əldə edən türk ordusu yüzlərlə terrorçunu məhv etdiyi halda, heç bir itkiyə məruz qalmaması maraqla qarşılanıb.

Bu arada Afrində Türkiyə Silahlı Qüvvələrinə məxsus ağır hərbi texnikanın irəliləməsini əks etdirən görüntülər yayılıb. Hərbi ekspertlər bu cür hərbi qüvvə ilə Suriyanı qısa müddətdə terrorçulardan təmizləməyin, hətta hakimiyyətdə olan Bəşər Əsəd rejiminin ömrünə son qoymağın mümkünlüyünü ifadə ediblər.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Türkiyə ordusu bu gün Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər