Rusiyada prezidentliyə namizəd, teleaparıcı Kseniya Sobçak seçkilərdən öncə ABŞ-a gedəcək.
Teleqraf.com xəbər verir ki, bununla bağlı BBC telekanalının Rusiya xidməti məlumat yayıb.
Sobçak Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın da iştirak edəcəyi səhər yeməyinə qatılacaq.
Bundan sonra, o, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edəcək və Nyu Yorkdakı ruslarla görüşəcək.
Fevralın 5-də başlanacaq səfər 3 gün davam edəcək.