Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransada ABŞ Xarici İşlər naziri Reks Tillersonla görüşündə gündəmə gələn 30 kilometr məsafədə təhlükəsizlik bölgəsi yaradılması ilə bağlı açıqlama verib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyənin "Hürriyet" qəzetinə danışan nazir bildirib ki, bu arada ABŞ-la Türkiyə arasında etimadsızlıq yaşandı: "Bu etimad bərpa edilmədən belə məsələlərin müzakirəsi doğru deyil. Öncə açıq addımlarla bu etimad bərpa edilməlidir. Məqsədləri nədir, bilmirik, ancaq öncə inamsızlıq aradan qaldırılmalıdır".